Cüme axşamı, 25.04.2024, 22:45
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » İyul » 30 » KONDİSİONERLƏR ZİYANSIZ DEYİLMİŞ
18:03
KONDİSİONERLƏR ZİYANSIZ DEYİLMİŞ
Yay mövsümünün gəlişi ilə insanların kondisionerlərə olan tələbatı təbii olaraq artıb. Lakin eyni zamanda kondisionerlərin ziyanı barədə söz-söhbətlər də bir o qədər çoxalıb. Bəzilərinin fikrincə, onlardansa, təbii sərinlik daha yaxşıdır. Doğrudanmı texnikanın bu gözəl nailiyyəti insan səhhəti üçün fəsadlar yarada bilər?
İnternetdə apardığımız araşdırma zamanı məlum oldu ki, “legionellez xəstəliyi” adlanan xəstəlik split-sistem ilə deyil, suyun soyuyub-istiləşməsi nəticəsində işləyən kondisionerlərlə bağlıdır. Azərbaycanda məhz split-sistemli kondisionerlərdən danışmaq lazımdır. Belə ki, belə kondisionerlərin təsiri ilə soyuqdəymələrin 90 faizinə ondan istifadənin ilk günlərindəcə rast gəlinir. Əgər insan 30 dərəcəlik istidən gəlib 18 dərəcəli kondisionerin altında oturursa, onda soyuqdəymə qaçılmazdır. Ona görə kiçik məkanda yerləşən ofislərdə çalışmaq lazımdır ki, kondisionerin küləyi insanın üstünə vurmasın. Bütün kondisionerlər hava axınını uzununa deyil, eninə dəyişir.
Həkimlər bayırdakı havanın temperaturu ilə ofisin temperaturu arasında fərqin 6-8 dərəcədən çox olmamasını zəruri sayırlar. İlk istifadədən uzun müddət sonra, kondisioner keçirildiyi halda insan orqanizminin temperatur dəyişikliyinə uyğunlaşması üçün zaman lazımdır. Həkimlərə görə, insan orqanizmi üçün normal kondisioner havası +22 - +24 dərəcə həddində olmalıdır.
“Legionelloz xəstəliyi”ni təmizlənməmiş kondisionerlərin xəstəliyi adlandırırlar: “Təmizlənməmiş kondisionerdə toz qatı əmələ gəlir və otağa yayılır. Bu havanı udan insanın ağciyərlərində isə göbələk yaranır”. Statistikaya görə, yarıməişət və məişət kondisionerləri çox vaxt təmizlənmir. Əgər evdə, yaxud ofislərdə havanın təmizliyinə diqqət edirlərsə, iri müəssisələrdə bunu yaddan çıxarırlar.
Amma kondisioner istehsalçıları vəziyyəti gərginləşdirməyə ehtiyac olmadığını deyirlər. Belə ki, kampaniyaların çoxu kondisionerlərə filtr qoyurlar ki, bu da bakteriya və virusların yayılmasının qarşısını alır. Ekspertlərə görə, müasir kondisionerlərə filtr seçmək imkanı kifayət qədərdir. Hazırda kütləvi istehlak üçün göbələyə qarşı, allergiyaya qarşı filtrlər buraxılıb. Kondisionerlərin özləri buraxılan havanın təmizliyi ilə bağlı yoxlamadan keçirlər.
“Əgər filtr çirklənibsə, orda çox təhlükəli mikroorqanizmlər yayılmağa başlayır”. Bunu məşhur həkim-pulmonoloq iddia edir. Həkimin sözlərinə görə, bir tərəfdən kondisioner insanın isti havada rahat yaşamasına şərait yaradırsa, digər tərəfdən bu, pnevmoniyaya gətirib çıxara bilər. Filtri 3 aydan bir dəyişmək lazımdır. Xalça olan məkanlarda iki dəfə çox toz yığıldığından, belə yerlərdə daha tez-tez dəyişmək məsləhətdir. Amma müasir kondisionerlərdə elektrostatik filtrlər var ki, onları ilıq suda yumaq, ya da tozsoranla təmizləmək olar. Eyni sözlər avtomobil kondisionerlərinə aiddir.
Kondisionerdən istifadə rejimləri düzgün qurulmadıqda bu, yuxarı nəfəs yollarının iltihabı, revmatizm, angina və nevralgiya xəstəliklərinin inkişafına təsir edir. Həkim-pulmonoloqlar iddia edir ki, kondisioner ağciyərlərin soyuqdəyməsindən əziyyət çəkən insanlara və ya soyuqdəyməyə meylli insanlara pis təsir edir. Kosmetoloqlar isə dərinin qurumasının bir səbəbini kondisionerlərdən istifadədə görürlər.
Unutmaq lazım deyil ki, kondisioner otaqda havanı dəyişmək üçün deyil, onu lazımı səviyyəyə qədər soyutmaq (istiləşdirmək) üçündür. Onların bəzilərində ventilyator var. Amma bununla yanaşı, otaqda “ölü hava” varsa, pəncərəni açın, yaxud güclü ventilyator alın.
Hazırda split-sistemlə işləyən kondisionerlər daha rahat və populyardır. Onlar havanı təmizlənməkdən ötrü antiakterial və künc filtrləri ilə təmin olunurlar.
Категория: Sehiyye | Просмотров: 1454 | Добавил: GOYCE_QARTALI | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 Baby_Cakes  
0
cox saol xebere gore ) duzu ozum yasadim bele bir problem sonra bildim xeyrinden cox ziyani var )) amma mende agciyernen bagli deyildi )) tamam basqa bir xestelik,bunu da hekimler dedi kondisioner havasindandi ve mualice aldim ona gore ) ziyan verici hesarat kimi evdekileri xerce saldim,mennen xeyir gelmez biggrin

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  İyul 2009  »
B.eÇ.aÇeC.aŞeBa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Xeberlerin arxivi
Copyright Admin © 2024