BRAYZA “MADRİD PRİNSİPLƏRİ”İNDƏKİ HİYLƏNİ AÇIQLADI - 30 Июля 2009 - En son xeberler
Cüme, 09.12.2016, 12:43
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
200
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3507
Главная » 2009 » İyul » 30 » BRAYZA “MADRİD PRİNSİPLƏRİ”İNDƏKİ HİYLƏNİ AÇIQLADI
18:02
BRAYZA “MADRİD PRİNSİPLƏRİ”İNDƏKİ HİYLƏNİ AÇIQLADI
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Ermənistan mətbuatına verdiyi yeni açıqlamada “Madrid prinsipləri”indəki hiylənin üstünü açıb. Brayza deyib ki, bu sənəddə yer alan “hüquqi nəticələrə malik öz iradəsini ifadə etmə” anlayışı elə referendum deməkdir.

“News.am” saytına açıqlamasında o bildirib ki, Dağlıq Qarabağın yekun statusunu müəyyən etmək üçün nəzərdə tutulan “referendum”, “plebistsit” və “leqal öz iradəsini ifadə etmə” terminləri arasında heç bir fərq yoxdur. “Bütün bunlara beynəlxalq diplomatiyada evfemizmlər deyilir (evfemizim-qarşı tərəfin narazılığına səbəb ola biləcək hansısa arzuolunmayan ifadənin və ya terminin mənası onunla eyni olan başqa ifadə ilə əvəzlənməsi, habelə müəyyən faktları pərdələmək üçün işlədilən ifadələrdir).

Bununla da Brayza “referendum” termininin Azərbaycan ictimaiyyətində narazılıq yarada biləcəyini nəzərə alaraq onu daha qeyri-müəyyən və anlaşılmaz “leqal öz iradəsini ifadə etmə” anlayışı ilə əvəz edildiyini açıqlamış olub. Şübhə yoxdur ki, bu ifadə sənədə Azərbaycan ictimaiyyətini aldatmaq üçün daxil edilib. Yəni münaqişənin nizamlanmasının baza prinsiplərində “referendum” ifadəsinin yer alması o deməkdir ki, bu anlaşma gələcəkdə Dağlıq Qarabağın Azərbaycandan de-yure qoparılmasına xidmət edəcək. Erməni müxbiri Brayzaya “Siz bu öz iradəsini ifadə etmə əsasında Dağlıq Qarabağın müstəqil subyekt olmasını mümkün hesab edirsinizmi” sualını verib. Amerikalı diplomat isə buna belə cavab verib: “Mənim tərəfimdən danışıqları prosesinin yekununu şərh etmək düzgün olmazdı. Hansı ki, bu danışıqlar prosesi zamanı Qarabağın yekun statusunu müəyyən edəcək səsvermənin model i müəyyən olunmalıdır. Səsvermənin nəticəsini bəri başdan şərh etmək isə çətindir. Əsas ideya odur ki, bəzi baza prinsiplərini ümumiləşdirməyə yaxınıq, bu prinsiplər Helsinki yekun aktının əsas müddəalarını özündə əks etdirir və öz müqəddəratını təyin etmə, ərazi bütövlüyü və güc tətbiqindən imtinaya əsaslanır”.

Xatırladaq ki, ötən həftə Minsk Qrupu həmsədrləri Polşanın Krakov şəhərində görüşərək “Madrid prinsipləri”ni həmsədr dövlətlərin prezidentlərinin təlimatına uyğun olaraq yeniləyiblər. Bu yeniliklərin nədən ibarət olduğu bilinmir, ancaq görünən odur ki, referendum prinsipi dəyişməz qalır.

Категория: Siyaset | Просмотров: 616 | Добавил: GOYCE_QARTALI | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  İyul 2009  »
B.eÇ.aÇeC.aŞeBa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Xeberlerin arxivi
Copyright Admin © 2016