Cüme axşamı, 28.03.2024, 14:12
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » İyul » 30 » Dünya Bankı Azərbaycana daha 175 mln. dollar ayırıb
17:00
Dünya Bankı Azərbaycana daha 175 mln. dollar ayırıb
“Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması - II” layihəsinin icrasına ikinci əlavə vəsaitin ayrılmasına dair kredit sazişi imzalanıb
Bakıda Dünya Bankı (DB) və Azərbaycan Nəqliyyat Nazirliyi arasında “Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması - II” layihəsinin icrasına ikinci əlavə vəsaitin ayrılmasına dair kredit sazişi imzalanıb.
DB-nin Bakıdakı ofisindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin iyun ayında DB-nin Direktorlar Şurası sözügedən layihənin icrasına ikinci əlavə vəsaitin ayrılmasını təsdiqləyib: “Kreditin ümumi məbləği 175 mln. ABŞ dolları təşkil edir ki, bunun da 63 mln. dolları güzəştli şərtlərlə, 113 mln. dolları isə DB üzvü olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) tərəfindən ayrılacaq”.
“Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması - II” layihəsinin icrasına əlavə vəsaitin ayrılması yalnız Hacıqabul-Bəhramtəpə avtomobil yolunun yenidən qurulması və bu yolun ətrafında olan 200 km-lik kənd yollarının inşası üçün nəzərdə tutulub. Ümumiyyətlə, layihəyə Ələt-Masallı, Kürdəmir-Ucar, Bakı-Şamaxı avtomobil yollarının yenidən qurulması və H.Z.Tağıyev qəsəbəsindən Sahil qəsəbəsinədək avtomobil yolunun tikintisi komponentləri daxildir. DB layihənin icrasına ilkin olaraq 200 mln. dollar ayırıb, daha sonra 300 mln. dollar əlavə vəsaitin ayrılmasına dair Azərbaycan hökuməti ilə və DB arasında saziş imzalanıb.
Xatırladaq ki, 2 zolaqlı Hacıqabul-Bəhramtəpə yolunun uzunluğu 69 kilometrdir. Tikinti işlərinə 2011-ci ildə başlanması və 2013-cü ildə başa çatdırılması nəzərdə tutulur
Категория: İqtisadiyyat | Просмотров: 1255 | Добавил: GOYCE_QARTALI | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 Aynur116  
0
Salam, men de iqtisadiyyetda oxuyuram deye iqtisadi xeberleri yaxindan izleyirem, bilmek isterdim bizde neft sektorunda yeterince gelirimiz ola-ola ne uchun DB-dan kredit aliriq ??? Chunki Neft Fondundan da yeterince transferler olur dovlet budcesine

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  İyul 2009  »
B.eÇ.aÇeC.aŞeBa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Xeberlerin arxivi
Copyright Admin © 2024