Cüme, 19.04.2024, 04:55
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » Xeberlerin arxivi
Bu gün ölkə başçısı İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başlayıb. Səfər çərçivəsində o, bir sıra obyektlərin açılışında iştirak edəcək. Bu obyektlər sırasına Naxçıvanda yenidən təmir edilən Heydər Əliyev adına mədəniyyət sarayı, yeni tikilən doğum mərkəzi, «Gəmiqaya» MMC nəzdindəki «Badamlı» zavodu, avtovağzal, məktəb və yollar, həmçinin Şərur stadionu, Şahbuz rayon xəstəxanası da daxildir. Səfər zamanı ölkə başçısının MR Ali Məclisində müşavirə keçirəcəyi də gözlənilir. Qeyd edək ki, ölkə başçısının Naxçıvan Muxtar Respublikasına səfəri avqustun 5-də başa çatacaq.
Просмотров: 2068 | Добавил: VAZGEC_GONLUM | Дата: 04.08.2009 | Комментарии (0)

Yeni Ümid» qəzeti ötən sayında Müsavat Partiyasının başqanı postu uğrunda mübarizə başlaması barədə yazı dərc edib. Məqalədə iddia olunur ki, Müsavat başqanı İsa Qəmbər hələ ötən il verdiyi bəyanatına uyğun olaraq, 2010-cu ildə rəhbərlikdən getmək niyyətindədir. Qəzet yazır ki, İ.Qəmbər başqanlıqdan gedərkən partiyanın ziyan çəkməməsi və parçalanmalar baş verməməsi üçün bir sıra addımlar atmağı planlaşdırır. «Yeni Ümid»də yazılanlara görə, bu istiqamətdə ilk addım gələcək başqanın hazırlanmasıdır.
Sitat: «Bu barədə qəzetimizə məlumat verən müsavatçı mənbənin sözlərindən belə aydın oldu ki, artıq 2 ildir İsa Qəmbər öz yerinə varisini hazırlamaqla məşğuldur. Həmin şəxsin kimliyi də artıq Müsavat rəhbərliyinə məlumdur. Bu işi heç də gizli şəkildə həyata keçirməyən İsa Qəmbər öz varisinin sürpriz xarakteri daşımamasında daha çox maraqlıdır. Təbii ki, o, sürpriz b ... Ardını oxu »
Категория: Siyaset | Просмотров: 1995 | Добавил: VAZGEC_GONLUM | Дата: 04.08.2009 | Комментарии (0)

Dünən İranın ali dini lideri ayətullah Əli Xameneyi rəsmən Mahmud Əhmədinejadı prezident seçkilərinin qalibi elan edib. Avqustun 5-də isə Əhmedinejad parlamentdə and içəcək. Beləliklə, Əhmədinejad bu həftə ikinci müddətə İran prezidenti kimi fəaliyyətə başlayacaq.
Andiçmədən sonra iki həftə ərzində o, parlamentə yeni hökumətin tərkibini təqdim etməlidir. Andiçmə mərasimi isə çərşənbə gününə planlaşdırılır. Qeyd edək ki, Əhmədinejadın qalib gəlməsi seçkilərin saxtalaşdırıldığını bildirən minlərlə iranlının etiraz nümayişlərinə səbəb olmuşdu. İrandakı kütləvi etiraz aksiyaları nəticəsində təxminən 30 nəfər ölüb, 2 mindən çox adam həbs edilib. Artıq həbs edilənlərin bir qrupunun məhkəməsi başlanıb.
Məlumata görə, təsdiqləmə mərasimində Əhmədinejadın rəqibləri və sabiq prezident Haşimi Rəfsəncani iştirak etməyib. Şərhçilər bunu seçkilərin nəticələrinə açıq ... Ardını oxu »
Категория: Dünyadan xeberler | Просмотров: 1409 | Добавил: VAZGEC_GONLUM | Дата: 04.08.2009 | Комментарии (0)

Türkiyə bu, günlərdə Xəzər regionunun qaz ehtiyatları uğrunda gedən geosiyasi rəqabətin mərkəzində yer alacaq. Əvvəlcə Rusiyanın baş naziri Vladimir Putin, onun ardınca isə Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Ankarada səfərdə olacaqlar. Hər iki səfərdə müzakirə ediləcək əsas məsələ bəllidir: Türkiyədən keçməli olan “Nabucco” qaz kəməri və bu layihəyə qarşı olan Rusiyanın Türkiyəni alternativ “Cənub axını”na qoşmaq səyləri.
Xəbərlərə görə, Putinin sabah Ankaraya birgünlük səfəri gözlənilir. Türkiyə mətbuatı bunu ölkəyə son aylarda edilən ən önəmli ziyarət hesab edir. Gözlənilir ki, Putinin səfəri Avropada və ABŞ-da da yaxından izlənəcək.
“Milliyet” qəzetinin yazdığına görə, Putinin səfəri zamanı başlıca müzakirə mövzularından birinin “Nabucco” qaz kəməri olacağına şübhə yoxdur. İlk baxışdan Türkiyə ilə Rusiya enerji məsələsində rəqibdir. ... Ardını oxu »
Категория: İqtisadiyyat | Просмотров: 1409 | Добавил: VAZGEC_GONLUM | Дата: 04.08.2009 | Комментарии (0)

Təhsil yetkililəri arasındakı savaş davam edir. Nəhayət, sonuncu II ixtisas qrupu üzrə imtahanlar keçiriləndən sonra ümumi nəticələr açıqlandı. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə orta təhsilin səviyyəsi ilə bağlı yenə dəhşətli faktlar açıqladı. Məlum oldu ki, 2009-2010-cu tədris ili üçün ali məktəblərin I ixtisas qrupu üzrə abituriyentlərin (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahan verənlər nəzərə alınmadan) 35,8 faizi, II qrup üzrə 24,4 faizi, III qrup üzrə 25,5 faizi, IV qrup üzrə 49,2 faizi 100-dən aşağı bal toplayıb.
İlkin məlumatlara görə, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahan verənlər də nəzərə alınmaqla I və IV qruplar üzrə abituriyentlərin 70 faizindən, III qrup üzrə isə 60 fazindən çoxu 200-dən az bal toplayıb. 4 qrup üzrə ümumiləşdirilmiş nəticə isə belədir: bütün abituriyentlərin 62,8 ... Ardını oxu »
Категория: Elm ve Tehsil | Просмотров: 2789 | Добавил: VAZGEC_GONLUM | Дата: 04.08.2009 | Комментарии (3)

NATO-nun yeni baş katibi Andres Foq Rasmussen dünən səlahiyyətlərinin icrasına başlayıb. Alyansın Brüsseldəki mənzil-qərargahında ilk mətbuat konfransını keçirən yeni baş katib deyib ki, NATO genişlənməkdə davam edəcək. Lakin Gürcüstan və Ukraynanın bu təşkilata üzvlüyü məsələsi hələ açıq qalır.
Baş katibin sözlərinə görə, Kiyev və Tiflis NATO-ya üzv olmaq üçün lazım olan şərtləri hələ yerinə yetirməyiblər. Ona görə də onlar üzvlüyə hazır deyillər: “Ancaq NATO-nun mövqeyi belədir ki, Gürcüstan və Ukrayna gələcəkdə alyansın sıralarına qəbul ediləcəklər və onlara lazım olan dəstək göstəriləcək”.
Rasmussen Əfqanıstanda NATO komandanlığı altında aparılan əməliyyatlar haqda danışaraq deyib ki, alyans talibançılara qarşı silahlı mübarizəni gücləndirəcək və ölkənin radikal ekstremistlərin nəzarətinə keçməsinə imkan verməyəcək. NATO-nun Əfqanıstanda ciddi itki ... Ardını oxu »
Категория: Siyaset | Просмотров: 1637 | Добавил: VAZGEC_GONLUM | Дата: 04.08.2009 | Комментарии (1)

İranda ali dini liderin Mahmud Əhmədinejatı prezident vəzifəsinə təsdiq etməsindən sonra etiraz aksiyası keçirilib. CNN televiziyasının məlumatına görə, yüzlərlə iranlı Tehran küçələrinə çıxaraq Mahmud Əhmədinejatın ölkə prezidenti seçilməsinə etiraz edib. Aksiya iştirakçıları Tehranda Vannak meydanı və Vəli Əsr prospekti boyu İran təhlükəsizlik qüvvələrinin nəzarəti ilə hərəkət ediblər.
Bir çox nümayişçi "Diktatora ölüm", digərləri isə "Allah böyükdür" şüarları səsləndirib. Polis maşınları Vannak meydanına aparan yolları bağlayıb, İranın təhlükəsizlik qüvvələri və Bəsic üzvləri ərazidə nəzarəti gücləndiriblər. Bir şahidin məlumatına görə, 3 nəfər polis tərəfindən saxlanılaraq aparılıb. Qeyd edək ki, Əhmədinejat çərşənbə günü parlamentdə and içəcək. İran müxalifətinin lideri Mirhüseyin Musəvi isə seçkinin nəticələrinin saxta olduğunu bildirib.
Категория: Dünyadan xeberler | Просмотров: 1393 | Добавил: VAZGEC_GONLUM | Дата: 04.08.2009 | Комментарии (0)

İraqda 1991-ci ildə (birinci İraq müharibəsi zamanı) vurulmuş ABŞ təyyarəsinin pilotunun qalıqları tapılıb.
ANS PRESS-in “Qazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb. F/A -18 tipli qırıcı təyyarənin pilotu Maykl Skottu Speyçer 1991-ci ilin17 yanvarında - müharibənin ilk günü vurulub. Qırıcı təyyarənin vurulduğu yer barədə 2009-un iyul ayında amerikalı əsgərlər yerli əhalidən məlumat alıb. Belə ki, pilotun cəsədi köçərilər tərəfindən aşkar edilibmiş. Cəsədin Maykla məxsus olması dişlərindən müəyyən edilib
Категория: Dünyadan xeberler | Просмотров: 1371 | Добавил: VAZGEC_GONLUM | Дата: 04.08.2009 | Комментарии (0)

Mahmud Əhmədinejad seçkilərin qalibi elan edilərək, ikinci müddətə prezident vəzifəsində İranın ali ruhani rəhbəri tərəfindən təsdiq edilib.
Təsdiqləmə mərasimində cənab Əhmədinejadın rəqibləri və sabiq prezident Haşimi Rəfsəncani iştirak etməyib.
Şərhçilər bunu seçkilərin nəticələrinə açıq etiraz əlaməti kimi dəyərləndirir. Çərşənbə günü parlament qarşısında andiçmədən sonra Mahmud Əhmədinejad rəsmi olaraq prezident vəzifəsinin icrasına başlayacaq. Təhlilçilərə istinadən andiçmə mərasimindən sonra parlamentin təsdiqindən yeni hökumət üzvlərini keçirmək cənab Əhmədinejad üçün əsl sınağa çevrilə bilər. Beləki, millət vəkilləri arasında son olaylara dair birmənalı fikir yoxdur, və hökumətin təsdiqlənmə prosesi hazırda pərdə arxasında davam edən mübarizənin açıq formasına çevrilə bilər. Bu arada müxalifət liderləri etiraz edənlərin işi ilə bağlı ötən həft ... Ardını oxu »
Категория: Dünyadan xeberler | Просмотров: 1228 | Добавил: VAZGEC_GONLUM | Дата: 03.08.2009 | Комментарии (0)

Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukov dünən Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə görüşüb. Görüşdə iki ölkənin hərbi-texniki əməkdaşlığının inkişaf perspektivləri, Cənubi Qafqazda mövcud hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.
Səfər Əbiyev bildirib ki, münaqişənin nizamlanması prosesində Rusiyanın göstərdiyi səylər təqdirə layiqdir və ümidvericidir. Bununla yanaşı o qeyd edib ki, münaqişə dinc şəkildə həll edilmədiyi halda hərbi vəziyyətin yaranacağı qaçılmazdır
Категория: Siyaset | Просмотров: 1618 | Добавил: VAZGEC_GONLUM | Дата: 03.08.2009 | Комментарии (1)

« 1 2 3 4 ... 8 9 »
Giriş
Axtarış
Kalendar
«  Апрель 2024  »
B.eÇ.aÇeC.aŞeBa
1234567
891011121314
15161718192021
22232425262728
2930
Xeberlerin arxivi
Copyright Admin © 2024